Nə yoğurdu, nə
yapdı, qohumlarını başına yığıb, hazırca vəzifə tapdı.
Qaşma-qaşma,
çıxdı vəzifə başına.
Əkəndə yox,
biçəndə yox, yeyəndə beşəlli cuman qardaş.
Nə əkərlər,
onu da hamıyla biçib öz torbana tökərsən.
Dost vəzifədən çıxandan sonra tanmar.
İgid odur
anbardan çıxıb atlana,
İgid odur
piştaxta dalında hər əzaba qatlana.
Daldan atılan
daş kasıbın başının lap ortasına dəyər.
Palaza bürün,
sovet sədrləri ilə sürün.
İti söz
Qarabağda hər şeydən kəsərsizdir. Yüz ölç, öz xeyrinə bir biç.
Cücəni
payızda, pulu alverdən sonra sayarlar.
Rəisi gör, şəhəri
tala.
Anbardar
müdirə tən gərək,
Tən olmasa gen gərək.
Oğru müavin
elə qışqırdı ki,
Doğru rəisin
bağrı yarıldı.
Arxalı sədr
el basar.
El üçün yanan
gözün ikisi bir deşikdən çıxar.
Özgənin cibinə
göz tik ki, gözün işıqlı olsun.
Bir yeyənin
olsun, əl çalıb yüz deyənin.
Özgəyə quyu
qazan pul verər, özgə də quyuya düşər.
Bazarda əl-əli
yuyar, əl də qayıdıb cibləri.
Qaz vurub
kabab bişir, qazanı pulla doldur.
Kələklə gələni
külək cibə doldurar.
Nazirlər və
deputatlar hər şeyi öz arşınları ilə ölçürlər.
Demblokdan
ötdü, bu dəfə partokrata dəydi.
Bürokratla
dostluq elə, qələmini əldən yerə qoyma.
Öz gözündə
tiri gizlət ki, özgənin gözündə tükü seçə biləsən.
Özünü beş inəkli
istə ki, qonşunun biri də olmasın.
Yalançı namizədi
prezident seçilənə kimi qovarlar.
Yaxşı iş üz
qaraldar.
Nə tökərsən
aşma, o da çıxmaz qaşığına.
Qasım QIRXQIZLI 1992-ci il